“Kəpəz” qış transfer dönəmi üçün çalışmalarına start verib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi “Turan Tovuz”un futbolçusunu gündəminə alıb. Söhbət Xəyal Nəcəfovdan gedir.
Tovuz klubunda çox forma şansı qazana bilməyən oyunçu “sarı-göylər”in hədəfindədir. “Kəpəz” Nəcəfovu mövsüm sonuna qədər icarəyə götürmək niyyətindədir.
Tovuz klubunun da bu təklifə müsbət yanaşdığı bildirilir. Rəhbərlik futbolçunun bir neçə aylıq ayrılmasına qarşı deyil.
27 yaşlı yarımmüdafiəçi cari mövsüm 6 oyunda forma geyinib və bir assist edib.

