“Mançester Yunayted” gənc müdafiəçi Dieqo Leonu qışda icarəyə göndərə bilər.
İdmanxeber.az xəbər verir ki, 18 yaşlı futbolçu əsas komandada yetərincə oynamaq imkanı tapmadığı üçün klub rəhbərliyi onun daha çox təcrübə qazanmasına müsbət yanaşır. Yanvarda uyğun təklif daxil olarsa, “Yunayted” icarəyə razılıq verəcək.
Qeyd edək ki, paraqvaylı Leon bu ilin yayında “Serro Porteno”dan 4 milyon avroya transfer edilib.

