16 İyul 2026
Ölkə futbolu

“Karvan-Yevlax”da maliyyə problemi var? – Klubdan iddialara konkret cavab

Premyer Liqada sonuncu sırada yer alan “Karvan-Yevlax”da söz-söhbətlər bitmir. Yevlax təmsilçisində maliyyə problemlərinin olduğu bildirilir.

İddiaya görə, futbolçular bir neçə aydır maaş almır. Bu səbəbdən də komandanın performansı aşağı səviyyədədir. İddialara aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevlə əlaqə saxladıq:

“Deyilənlər yalandır. Klubda heç bir maliyyə problemi yoxdur. Maaşlar da vaxtında ödənir. Futbolçular sentyabrın, oktyabrın əmək haqqlarını alıblar. Hətta yaxşı oynayıb amma məğlub olduğumuz görüşləri belə rəhbərlik nəzərə alıb və onlara görə komandaya mükafat verib”.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43