16 İyul 2026
Dünya futbolu

“Çelsi”nin ulduzu qayıtdı

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer zədəsini sağaldaraq məşqlərə qayıdıb.

İdmanxeber.az xəbər verir ki, barmaq zədəsi alan 23 yaşlı futbolçu ÇL-də “Barselona” və Premyer Liqada “Arsenal”la matçları buraxacaq. O, bu mövsüm 3 oyunda 1 qol vurub.

“Çelsi” ÇL-in 4-cü turunda Bakıda “Qarabağ”la 2:2 oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43