22 İyul 2026
Ölkə futbolu

“Neftçi”də yeni məşqçilər – Onlar da komandaya qoşuldu

Baş məşqçi Samir Abasovla yollarını ayıran  “Neftçi”ni “Turan Tovuz”la görüşə Sənan Qurbanov çıxaracaq.

İdmanxeber.az-ın məlumatına görə, onunla yanaşı, komandaya daha iki nəfər cəlb edilib. Qapıçı məşqçisi Aqil Məmmədovla Samir Zərgərov hazırda  məşqçilər heyətindədir.

Mütəxəssislərin yeni baş məşqçi gələnə qədər əsas komandaya hazırlıq keçəcəyi bildirilir.

Xatırladaq ki, “Turan Tovuz” – “Neftçi” matçı sabah saat 18:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43