18 İyun 2026
Ölkə futbolu

“Şamaxı” uduzdu, “Qəbələ”dən qələbə – YENİLƏNİB  

Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə iki görüş nəzərdə tutulub.

Əvəlcə “Şamaxı” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma “Sumqayıt”ın qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədə keçirilən matçında qalib müəyyənləşməyib – 1:1.

Günün və turun son matçı Qəbələdə həyata keçirilib. Şəhərin eyni adlı komandası “Araz-Naxçıvan”ı qəbul edib və görüşdən qalib ayrılıb – 2:1.

30 noyabr (bazar)

Misli Premyer Liqası, 13-cü tur

16:30.“Qəbələ” – “Araz-Naxçıvan” – 2:1

Qol: Prins Ovusu,15 (1:0), Bəxtiyar Həsənalızadə, 34 (1:1), Adriel Ba Loua, 59 (2:1
Hakimlər
: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov

VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Qəbələ şəhər stadionu

14:00.“Şamaxı” – “Sumqayıt” – 1:2

Qollar: Karim Rossi, 70 (1:0), Aleksa Yankoviç, 88 (1:1), Aleksandr Ramalinqom , 90+1 (1:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Şamaxı şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43