18 İyun 2026
Ölkə futbolu

“Biz qalib gəlmək üçün heç nə etmədik” – Elmar Baxşıyev 

“Ağır oyun alındı. Rəqibin təzyiqini gözlədiyimizdən daha çox hiss etdik. Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci hissədə nəzarəti itirdik. Ağır məğlubiyyətdir. Komanda olaraq toparlanmalıyıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 13-cü turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Mənim “Qəbələ” ilə heç bir prinsipim yoxdur. Sadəcə komandanın oyundan qopması məni kədərləndirir. “Qəbələ” qələbəyə layiq idi. Biz qalib gəlmək üçün heç nə etmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43