“Qəbələ” Misli Premyer Liqasının 13-cü turunda səfərdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib.
İdmanxeber.az xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında görüşü belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Onlar xarakter göstərdilər. Bu, çox vacibdir. İki gün əvvəl klub prezidenti ilə çox yaxşı görüşümüz oldu. Ona söz verdik ki, yaxşı mübarizə aparacağıq. Bu gün oyun bir az gərgin başladı. “Araz-Naxçıvan” güclü komandadır, yaxşı hücum potensialına malikdir. Matçın əvvəlində bizdə həyəcan var idi. Buna görə top itkilərinə yol verdik. Qol vurduqdan sonra sakitləşdik və daha rahat oynamağa başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. İkinci hissəyə yaxşı başladıq. Rəqibə qol imkanı vermədik. Biz çoxlu qol epizodları yaradırırıq. Amma onlardan yararlana bilmirilk. Bu gün gördüm ki, bizim potensialımız daha çoxdur. Hələ bir oyun udmuşuq. Qarşıda çox matç var. Bu qələbədən düzgün nəticələr çıxarmalıyıq”.

