05 İyun 2026
Ölkə futbolu

Gürcüstanlı baş məşqçi azərbaycanlı futbolçunu istəmir 

“Qəbələ”nin baş məşqçisi azərbaycanlı futbolçunu komandada görmək istəmir.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Rüfət Əhmədovdnan gedir. Təcrübəli mütəxəssis cinah müdafiəçisini əsas heyətdə düşünmür.

Bu səbəbdən də Kaxa futbolçunu əvəzedici heyətə göndərib. Mövsümün əvvəlində “Turan-Tovuz”dan icarə əsasında heyətə qatılan oyunçu bölgə təmsilçisində forma şansı qazana bilmədi.

Rüfətin adı  “Araz-Naxçıvan”la görüşün iştirak ərizəsinə də daxil edilməmişdi.

Müdafiəçi qışda özünə yeni klub axtarmalı olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43