“Napoli” “Marsel”in hücumçusu Meyson Qrinvudu heyətinə qatmaq istəyir.
İdmanxeber.az xəbər verir ki, baş məşqçi Antonio Kontenin Qrinvudun oyununu bəyəndiyi və onu hücum xəttini gücləndirəcək əsas oyunçu kimi gördüyü bildirilir.
İngiltərəli futbolçuya “Barselona” və “Atletiko”nun da maraq göstərdiyi qeyd olunur. Cari mövsümdə Qrinvud “Marsel”də 11 qol və 4 məhsuldar ötürmə ilə çıxış edib.

