Rafael Qerreyro Portuqaliyaya qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Benfika” 31 yaşlı müdafiəçini transfer etmək istəyir.
Qerreyronun “Bavariya” ilə müqaviləsi yayda başa çatdığı üçün Lissabon klubu onu yanvarda münasib qiymətə heyətinə qatmağa ümid edir.
Qeyd edək ki, Qerreyro 2023-cü ildən “Bavariya”da çıxış edir və bu mövsüm 17 oyunda 3 qol, 3 assistlə yadda qalıb.

