06 İyun 2026
Dünya futbolu

“Real” və “Barselona” onun üçün 50 milyon ödəyəcək

Seru Qirassi “Borussiya”dan ayrılmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı hücumçunun müqaviləsində 50 milyon avroluq sərbəstqalma bəndi var və Qirassi yayda komandasını dəyişmək niyyətindədir.

O, “Real”, “Barselona”, “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” kimi klubların maraq dairəsindədir.

Qirassi bu mövsüm 18 oyunda 9 qol və 4 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43