24 İyul 2026
Ölkə futbolu

Paytaxt klubu Rəhman Hacıyevlə maraqlanır?

“Səbail”də çıxış edən Rəhman Hacıyevin komandadan ayrılacağı iddia edilib. Bir müddətdir sosial şəbəkələrdə oyunçunun “Şəfa”nın gündəmində olduğu bildirilir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt klubunun Hacıyevlə bağlı hər hansı bir planı yoxdur. “Səbail”in üzvünün “Şəfa”ya keçəcəyi xəbərləri həqiqəti əks etdirmir.

Xatırladaq ki, “Neftçi”nin sabiq üzvü mövsümün əvvəlində “Səbail”ə transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43