“Barselona” portuqaliyalı müdafiəçi Joau Kanselonu heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu futbolçunu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.
31 yaşlı Kanselo bu mövsüm “Əl-Hilal”da 6 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
O, 2023/2024 mövsümündə də “Barselona”da çıxış edib.

