“İnter”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.
İdmanxeber.az xəbər verir ki, tibbi müayinə zamanı futbolçunun sol baldır əzələsində problem aşkarlanıb.
Klub bərpa müddəti ilə bağlı dəqiq məlumat verməsə də, 31 yaşlı futbolçu təxminən 20 gün yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Çalhanoğlu bu mövsüm 22 rəsmi oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

