22 İyul 2026
Dünya futbolu

Premyer Liqada ayın ən yaxşı baş məşqçisi

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi bəlli olub.

İdmanxeber.az xəbər verir ki, bu ada “Aston Villa”nın baş məşqçisi Unay Emeri layiq görülüb. İspaniyalı mütəxəssisin komandası dekabrda Premyer Liqada keçirdiyi 5 oyunun hamısında qalib gəlib.

“Aston Villa” hazırda 21 turdan sonra 43 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43