25 İyul 2026
Dünya futbolu

Rafa “Beşiktaş”dan ayrılır

“Beşiktaş”ın futbolçusu Rafa Silva karyerasını yenidən vətənində davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, “Benfika” portuqaliyalı hücumçunun transferi ilə bağlı razılığa gəlib. İstanbul klubu bu keçiddən 7 milyon avro qazanacaq.

32 yaşlı forvard yaxın günlərdə Lissabona yollanaraq müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafa Silva bu mövsüm “Beşiktaş”da 16 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43