Portuqaliya millisinin hücumçusu 41 yaşlı Kriştianu Ronaldo yayda Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”dən ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu klub rəhbərliyi ilə fikir ayrılığı yaşayır və digər klublarla müqayisədə “Əl-Nəsr”ə az dövlət investisiyasının ayrılmasından narazıdır.
Forvard ölkə çempionatının XX turunda “Əl-Riyad”la oyunda iştirak etməyib.
Onun “Əl-Nəsr”lə müqaviləsindəki sərbəst qalma maddəsi 50 milyon avrodur.

