“Etinikos”un legioneri Breno Almeyda karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
İdmanxeber.az-a verilən məlumata görə, “Neftçi” bir müddətdir futbolçu ilə danışıq aparır. 27 yaşlı yarımmüdafiəçinin Kipr klubundan ayrılacağı gözlənilir. Futbolçunun özünün də “ağ-qaralar”a oynamağa müsbət yanaşdığı bildirilir.
“Neftçi”də transfer bununla yekunlaşmayacaq. Əldə etdiyimiz məlumata görə, rəhbərlik hazrda daha bir futbolçu ilə danışıq aparır.
Adını dəqiqləşdirə bilmədiyimiz Cənubi Amerikadan olan oyunçunun heyətə cəlb edilməsi istiqamətində çalışmalar davam edir.
Xatırladaq ki, Almeyda bu mövsüm Kipr klubunun heyətində ümumilikdə 14 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

