UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq “Nyukasl” klubunun azarkeşləri üçün bilet satışı başlayıb.
İdmanxeber.az xəbər verir ki, qarşılaşma fevralın 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
İngiltərə klubu azarkeşləri üçün bilet satışına start verib. Biletlərin qiyməti bütün yaş qrupları üzrə 18 funt-sterlinq (42 manat) təşkil edir. Qarşılaşma günü qonaq azarkeşlər üçün yer yüksəltmə (upgrade) imkanı olmayacaq.

