12 İyul 2026
Dünya futbolu

“Napoli” Maktominey üçün 100 milyon avro istəyir

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin İngiltərə Premyer Liqasına qayıtmaq ehtimalı var.

İdmanxeber.az xəbər verir ki, “Arsenal” şotlandiyalı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir. “Team Talk”ın məlumatına görə, Neapol klubu 29 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, Maktominey 2024-cü ilin yayında “Mançester Yunayted”dən “Napoli”yə 30 milyon avroya transfer olunub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43