09 İyul 2026
Dünya futbolu

Premyer Liqa klubu Rudiger üçün hərəkətə keçdi

“Tottenhem” mövsümün sonunda “Real”dan ayrıla biləcək Antonio Rüdigeri transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu alman müdafiəçini yeni müqavilə imzalamamağa razı salmağa çalışır. Rüdigerin yenidən İngiltərədə oynamaq istədiyi bildirilir.

Onunla “Vest Hem” və “Kristal Pelas” da maraqlanır. Müdafiəçinin “Real”la müqaviləsi yayda bitir, bazar dəyəri isə 12 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43