“Yuventus” yayda “Tottenhem”in qapıçısı Qulyelmo Vikariyonu transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu italiyalı qolkiper üçün 25 milyon avro tələb edir. Vikariyo ilə “İnter” də maraqlanır.
Turin təmsilçisi isə qapıçısı Mikele Di Qreqorionu sata bilər.
28 yaşlı Vikariyo 2023-cü ildə “Empoli”dən “Tottenhem”ə keçib.
Onun müqaviləsi 2028-ci ilə qədərdir. Bu mövsüm 36 oyunda 48 qol buraxıb, 13 matçda “quru oyun” keçirib.

