09 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu kapitandan gələn xəbərə sevindi

Azərbaycan Premyer Liqasının 19-cu turunda “Kəpəz”ə qarşı görüşdə (0:0) zədələnən “İmişli”nin futbolçusu Azər Salahlının son durumu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisinin kapitanının zədəsi ciddi deyil. MRT çəkilişinin ardından müdafiəçinin durumunun normal olduğu bildirilib. 

Salahlının qarşıdakı görüşdə meydanda olması gözlənilir.

Xatırladaq ki, təcrübəli futbolçu “Kəpəz”lə matçın 42-ci dəqiqəsində boynundakı ağrı səbəbindəm məcburi əvəzlənmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43