“Barselona” İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Atletiko” ilə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu Madriddəki matça ciddi itkilərlə çıxır. Klubun açıqlamasına görə, Rafinya, Pedri, Markus Reşford, Qavi və Andreas Kristensen komandaya kömək edə bilməyəcək.
Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

