09 İyul 2026
Ölkə futbolu

Meydan sahiblərinin üzü güldü – Biri Şamaxıda, digəri Buzovnada

Azərbaycan I Liqasında 14-cü tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Baku Sportinq” öz meydanında MOİK-lə qaşılaşıb. Buzovnada keçirilən görüşdə meydan sahibləri iki cavabsız qolla qələbəyə sevinib – 2:0.

Günün digər matçı Şamaxıda olub. Burada “Şahdağ Qusar” “Cəbrayıl”la münasibətlərə aydınlıq gətirib. Altı qolun qeydə alındığl görüş Qusar təmsilçisinin qələbəsi ilə nəticələnib – 4:2.

Günün son matçı isə Bayılda “Səbail” və “Şəfa” arasında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43