14 İyul 2026
Dünya futbolu

Braziliyalı futbolçudan “Barselona”ya şad xəbər

“Barselona”nın cinah oyunçusu Rafinya zədəsini sağaldıb və komanda ilə məşqlərə qayıdıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu La Liqanın 24-cü turunda “Jirona”ya qarşı keçiriləcək matçda iştirak edə bilər. Görüş fevralın 17-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

29 yaşlı hücumçu zədə səbəbindən son 3 oyunu buraxmışdı. Rafinya bu mövsüm 22 matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43