21 İyun 2026
Dünya futbolu

Bellingem nə vaxt qayıdır?

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem bud əzələsini zədələyib.

İdmanxeber.az-ın məlumatına görə, həkimlər onun 6–7 həftə bərpa olunacağını bildirir. Bellingem fevralın 1-də “Rayo Valyekano” ilə oyunda 10-cu dəqiqədə meydanı tərk edib.

22 yaşlı futbolçu 2023-cü ildə Dortmund “Borussiya”sından “Real”a keçib, 2025/26 mövsümündə 28 oyunda 6 qol və 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43