Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann “Mançester Yunayted”i çalışdıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssislə danışıqlara başlanılıb. Komandanın bir sıra aparıcı futbolçuları hazırkı baş məşqçi Maykl Kerriki dəstəkləyir.
Kapitan Brunu Fernandeş isə komandada qalmaq üçün daha sərfəli – həftəlik 400 min avro maaşla yeni müqavilə tələb edir.
Naqelsmann daha əvvəl “Hoffenhaym”, “Leypsiq” və “Bavariya”ya rəhbərlik edib.

