21 İyun 2026
Ölkə futbolu

“Çox danışmağa ehtiyac yoxdur, hər şey göz qabağındadır” – Elvin Cəfərquliyev

“Çox danışmağa ehtiyac yoxdur, hər şey göz qabağındadır. Bir daha gördük ki, Çempionlar Liqası və oynadığımız turnir necə yüksək səviyyədədir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Nyukasl” oyunu sonrası deyib. O, komandanın ilk hissədə yaxşı oynamadığını bildirib:

“Birinci hissə səhvlərimiz həddindən artıq çox oldu. Müdafiədə daha yaxşı oynaya bilərdik. Daha kompakt, daha sadə oynamalıydıq ki, qapımızda bu qədər qol görməyək. Komanda sanki naqdaunda idi. Səhvlərin ardınca səhvlər edirdik. Bu da futbolda olan şeylərdi. İkinci hissə danışdıq ki, özümüzə gəlmək lazımdı. İstədik ki, önə çıxaq, fərqlənək. Buraya gələn bütün azarkeşlərə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43