24 İyul 2026
İdman

Azərbaycan 59 ölkə arasında 3-cü, kişilərin yarışında 1-ci oldu

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə “Qran-pri” turnirinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan komandası yarışda 4 medal qazanıb.

Ruslan Paşayev (66 kq) qızıl medalla yarışın qalibi olub.

Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) və Camal Qamzatxanov (100 kq) isə bürünc mükafat əldə ediblər.

Komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında birinci yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43