19 İyun 2026
Dünya futbolu

“Liverpul” və “Çelsi” gənc futbolçu üçün yarışır

“Bornmut”un gənc hücumçusu Eli Junior Krupi Premyer Liqa nəhənglərinin diqqətini çəkib.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı forvard üçün “Liverpul” və “Çelsi” mübarizə aparır. Klub futbolçuya görə 60 milyon funt-sterlinq tələb edir.

Krupi bu mövsüm 27 oyunda 10 qol vurub və son matçlarda “Arsenal”la “Mançester Yunayted”ə qarşı fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43