19 İyun 2026
Ölkə futbolu

“Qarabağ” rəhbərliyindən VACİB QƏRAR – Yerli futbolçular üçün şad xəbər

Ötən günlərdə “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda klub prezidenti Tahir Gözel, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.

Əldə etdiyimiz məlumata görə, iclasda mühim qərarlar qəbul edilib. Əsas müzakirə komandada bir sıra dəyişikliklərin olmasıdır. Baş məşqçi Qurban Qurbanov yaydakı transfer dönəminə aid öz fikrilərini bildirib.

Bunlarla yanaşı, cari mövsüm heyətdə çıxış edən bir neçə futbolçu komandadan ayrıla bilər. Çünki komandanın aparıcı oyunçularına ciddi təkliflər var.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43