21 İyun 2026
Ölkə futbolu

Millinin qızları azarkeşlərlə görüşdülər – FOTOLAR

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçularının iştirakı ilə bu gün Azərbaycan İdman Akademiyasında imza günü təşkil olunub.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə komandamızın üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.

Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43