21 İyun 2026
Dünya futbolu

Lionel Messi İspaniya klubunun sahibi oldu

“İnter Mayami”də çıxış edən ulduz futbolçu Lionel Messi İspaniya klubunu satın alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, Messi “Kornelya” klubunun bütün səhmlərini əldə edib və artıq komandanın yeni sahibi olacaq.

Qeyd edək ki, İspaniyanın aşağı liqalarında çıxış edən “Kornelya” Kataloniyada yerləşən bir şəhərdir. Bu klub vaxtilə Jordi Alba kimi tanınmış futbolçunu yetişdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43