21 İyun 2026
Dünya futbolu

“Qalatasaray” hücumçu transferi üçün hərəkətə keçdi

“Qalatasaray” hücum xəttini gücləndirmək üçün Bertuğ Yıldırımı transfer siyahısına daxil edib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi artıq futbolçunun meneceri ilə əlaqə saxlayaraq müqavilə şərtləri barədə ilkin məlumat əldə edib. Baş məşqçi Okan Buruk da bu transferə müsbət yanaşıb.

“Cim-Bom”un mövsüm başa çatdıqdan sonra “Başakşehir” ilə rəsmi danışıqlara başlayaraq təklif irəli sürəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43