Almaniya millisinin və Bavariyanın yarımmüdafiəçisi Serj Qnabri dünya çempionatını buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu məşq zamanı bud nahiyəsindən ciddi zədə alıb. Bu səbəbdən onun mundialda iştirakı mümkün olmayacaq. Qnabri sosial şəbəkədə paylaşım edərək turnirdə oynaya bilməyəcəyini və millini kənardan dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, Almaniya milli futbol komandası qrup mərhələsində Kurasao, Ekvador və Kot-d’İvuarla qarşılaşacaq.

