“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov heyətin əsas üzvlərindən olan futbolçunu buraxmaq istəmir.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Marko Yankoviçdən gedir. Təcrübəli mütəxəssis komandadan ayrılmaq istəyən futbolçunu fikrindən daşındırmaq niyyətindədir.
Sərfəli təklifləri olan Yankoviç yayda Ağdam klubunu tərk etməyi düşünür. Qurbanov isə onu qərarından vaz keçirməyə çalışır.
Təcrübəli mütəxəssis monteneqrolu futbolçunun yerinin çətin dolacağını düşünür.
Xatırladaq ki, Marko bir neçə gün öncə Azərbaycan Kubokunun yarımfinal matçı çərçivəsində “Sabah”la oyunun ardından baş hakimə hücum etməsi ilə gündəmə gəlmişdi.
O, 2022-ci ildən Ağdam təmsilçisində çıxış edir. Futbolçu cari mövsüm “Qarabağ” forması ilə 39 oyunda forma geyinib, 4 qol vurub və 3 assist edib.

