05 İyun 2026
Dünya futbolu

“Brentford” Said Əl-Malanı razı sala bilmədi

“Brentford” “Köln”ün gənc futbolçusu Said Əl-Malanın transferini həyata keçirə bilməyib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı oyunçu klubun yaxşılaşdırılmış təklifini rədd edib. Futbolçu karyerası ilə bağlı qərar verməyə tələsmir.

Bir sıra Almaniya və İngiltərə klublarının da onunla maraqlandığı bildirilir. Bu səbəbdən futbolçu bütün variantları nəzərdən keçirmək niyyətindədir.

Hazırda transferlə bağlı yekun qərarın verilmədiyi vurğulanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43