Endryu Robertson karyerasını “Tottenhem”də davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, London klubu şotlandiyalı sol cinah müdafiəçisi ilə müqavilə imzalandığını rəsmən açıqlayıb.
32 yaşlı futbolçu iyulun 1-dən etibarən yeni komandasına qoşulacaq.
Robertson ötən mövsüm “Liverpul”un heyətində keçirdiyi 36 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

