“Mançester Yunayted” “Barselona”nın müdafiəçisi Alexandro Balde ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu futbolçunun vəziyyətini yaxından izləyir. Kataloniya təmsilçisi əvvəlcə müqavilə uzatmağı planlaşdırsa da, indi satış variantını da nəzərdən keçirir.
Baldenin müqaviləsinin müddəti iki ildən sonra başa çatacaq. Bu səbəbdən onun transfer ehtimalı artır. “Yunayted” rəhbərliyi yayda sol cinah müdafiəçisi transfer etməyi planlaşdırır.
Balde əsas namizədlərdən biri hesab olunur.

