08 İyun 2026
Dünya futbolu

“Real”ın gözü ulduz futbolçudadır – PSJ isə satmır 

PSJ-nin yarımmüdafiəçisi Vitinya yenidən Madrid “Real”ının maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, k ub prezidenti Florentino Peresin futbolçunu çox bəyəndiyi bildirilir.  Vitinya madridlilərin uzunmüddətli hədəflərindən biridir.

Lakin transferin qarşısında bir sıra maneələr var. PSJ oyunçunu satmaq istəmir. Futbolçunun özü də hazırda Parisdə xoşbəxtdir.

Buna baxmayaraq, “Real” vəziyyəti izləməyə davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43