İtaliyanın “Monza” klubu Klaudio Eçeverrinin transferi ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, gənc futbolçu hazırda “Mançester Siti”yə məxsusdur. İtaliya təmsilçisi oyunçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir. Klub rəhbərliyi onun inkişafı üçün uyğun mühit yaradacağını düşünür.
“Şəhərlilər” də futbolçunun müntəzəm oynamasında maraqlıdır. Tərəflər arasında ilkin danışıqlar başlayıb.
Transferin baş tutmaq ehtimalı yüksək qiymətləndirilir.

