“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda iyulun 2-də Bakıda toplanacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək.
İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq. Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək.
Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək. Qarşılaşmaların tarixi və məkanı barədə əlavə məlumat daha sonra veriləcək.

