08 İyun 2026
Ölkə futbolu

Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək 

Belarusun BATE klubu UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsindəki ev oyunlarını Azərbaycanda keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, klub UEFA-ya ev stadionu kimi kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu sifariş edib. Konfrans Liqasının ilk təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq, oyunlar isə iyulun 9-u və 16-da baş tutacaq.

BATE püşkatmada səpələnmiş komandalar arasında yer alacaq.

Ukrayna-Rusiya müharibəsi səbəbindən UEFA Belarus klublarının avrokubok matçlarını öz ölkəsində keçirməsinə icazə vermir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43