“Mançester Yunayted” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək üçün fəaliyyətini gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə nəhəngi bu keçiddə “Arsenal” və “Mançester Siti”ni qabaqlayaraq əsas namizəd sayılır. Klubun italiyalı futbolçu üçün 80 milyon funt-sterlinq dəyərində təklif hazırladığı bildirilir.
“Nyukasl” isə Tonalinin transferindən ən azı 100 milyon funt-sterlinq gəlir əldə etmək niyyətindədir.

