16 İyun 2026
Dünya futbolu

Çempionlar Liqası: “Sabah”ın rəqibi kim olacaq? – YENİLƏNİR 

Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.

İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Sabah”ın potensial rəqibləri isə bunlardır:

“Şemrok Rovers” (İrlandiya)

TNS (Uels)

“Vikinqur” (İslandiya)

“Larne” (Şimali İrlandiya)

“KuPS” (Finlandiya)

“Kayrat” (Qazaxıstan)

“Petrokub” (Moldova)

“Flora” (Estoniya)

“Linkoln” (Cəbəllütariq)

 “Universitatya” (RUmıniya)

“Klaksvik” (Farer adaları)

“Drita” (Kosovo)

“Borats” (Bosniya və Herseqovina)

“Riqa” (Latviya)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43