Bu gün “Zirə” və “Neftçi”nin UEFA Konfrans Liqasındakı rəqibləri məlum olacaq.
İdmanxeber.az xəbər verir ki, “qartallar” 1-ci, “ağ-qaralar” isə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səpələnmişlər səbətində yer alan “Zirə”nin potensial rəqiblərini siyahısı:
“Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Konnas-Ki Nomads” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Turku, Finlandiya), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Dinamo Siti” (Albaniya), “UNA Strassen” (Lüksemburq), “Heqelmann” (Litva), “Peynbont” (Uels), NSİ (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar” (Monteneqro), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Nımme Kalyu” (Estoniya), “Elbasani” (Albaniya), “Kaernarfon Taun” (Uels), “Mondorf-les-Bayns” (Lüksemburq), “Petrovats” (Monteneqro).
Səpələnməmişlər səbətində olacaq “Neftçi”nin isə hələlik bilinən potensial rəqibləri bunlardır:
“Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka), “Gent” (Belçika), “Rapid” (Avstriya), “Panatinaikos” (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan), FKSB (Rumıniya), “Rakuv” (Polşa), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), “AEK Larnaka” (Kipr), “Riyeka” (Xorvatiya), “ÇFR Kluj” (Rumıniya), HİK (Finlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Slovakiya), “Hradec Kralove” (Çexiya), “Austriya” (Avstriya), “Katovitse” (Polşa), “Vaduz” (Lixtenşteyn), “Norşelann” (Danimarka), “Tobol” (Qazaxıstan), “Apollon” (Kipr), “Hibernian” (Şotlandiya), “HB Torshavn” (Farer adaları), “Syon” (İsveçrə).
Xatırladaq ki, UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq.

