18 İyun 2026
Ölkə futbolu

“Qəbələ”nin futbolçusu I Liqada – RƏSMİ

“Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan I Liqasında çıxış edən klub Mehrac Baxşalını transfer edib.

23 yaşlı futbolçu “Qəbələ”dən icarə əsasında heyətə cəlb olunub.

Baxşalı cari mövsümün sonuna qədər “Şahdağ Qusar”ın formasını geyinəcək.

Qeyd edək ki, Mehracın son klubu “Ordu” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43