18 İyun 2026
Ölkə futbolu

“Neftçi” azərbaycanlı futbolçuya müqavilə təklif etdi – O, başqa klublarla maraqlanmır

“Neftçi” hücumçusu Ağadadaş Salyanski ilə müqavilə uzadır. Artıq sözləmənin detalları da məlumdur.

İdmanxeber.az-a verilən məlumata görə, tərəflər arasında 3 illik müqavilə bağlanacağı gözlənilir. Yeni sözləşmədə oyunçunun maaşı da artırılacaq. 

“Ağ-qaralar”da az forma şansı qazanan futbolçuya Premyer Liqadan bir neçə təklif var. Salyanskinin növbəti mövsüm də “Neftçi”də forma şansı qazanacağı real görünmür.

Bu səbəbdən də futbolçunu icarəyə əsasında heyətinə qatmaq istəyən klublar onunla maraqlanırlar. Ancaq Ağadadaş komandadan ayrılmaq niyyətində deyil.

O, “Neftçi”ni tərk etmək istəmir. Hücumçu növbəti mövsüm də burada qalıb baş məşqçi Yuri Vernidubdan şans gözləyəcək.

Xatırladaq ki, oyunçunun klubu ilə  sözləşməsi mövsüm sonu başa çatırdı. O, cari mövsüm bütün turnirlərdə 11 oyun keçirib və 2 qol vurub, 2 asist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43